
Amerikanın keçmiş Prezidenti Donald Tramp 2019-cu ildə Floridaya daşındıqdan sonra yeni açıqlaması ilə gündəmə gəlib. Qərarını həmin vaxt Nyu-Yorku marka şəhər olmasına baxmayaraq, bahalı olması ilə bağlı tərk edən daşınma qərarını Manhattan sakinlərinin 15%-lik ən yüksək gəlir vergisi və 16%-lik ən yüksək əmlak vergisi ilə əsaslandırırdı.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçmiş Prezident hazırkı rəqibi Prezident Co Baydeni və Florida ştatının İcra başçısı Ron De Santisi şəhərin vəziyyəti üzərindən qınayıb.
Buranın bir zibillik olduğunu söyləyən Donald Tramp Floridanın gerçəkdən də yüksək vergili bir cəhənnəm olduğunu iddia edib.
Yaxınlaşan seçkilər öncəsində qınaqlarını daha da artıran keçmiş Prezident Donald Tramp Floridanın İcra başçısını bu sözlərlə qınayıb:
“Gerçək De Santis bədbəxtlik və səfalət rekordçusudur. Floridanın hər yerində bir dağıntı buraxdı. Keçən il bu İcra başçısının yenidən 59.4 % ilə seçilməsinin səbəbi budur”.
Tərcümə: Arzu Sayadoğlu