Misir gizli şəkildə Rusiyaya raket göndərməyi planlaşdırır.

Prezident Əbdülfəttah əs-Sisi bu yaxınlarda 40 minə qədər raket istehsal etmək və gizli yollarla Rusiyaya göndərmək barədə göstəriş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, üzə çıxan məxfi sənədlərə görə, dövlət başçısı Qərblə problem yaşamamaq üçün bunun tamamilə gizli qalmasını tapşırıb. Raketlərlə yanaşı, Rusiyaya mərmi və barıt göndərilməsi də gizli hərbi yardım paketinə daxildir. Adı anonim saxlanılan ABŞ rəsmisi bildirib ki, belə bir plan var, amma reallaşdırıldığına dair bir sübut yoxdur.

HTML tutorial

Misirin ABŞ-la yaxın münasibətləri var. Birləşmiş Ştatlar hər il Misirin təhlükəsizliyi üçün ölkəyə 1 milyard dollardan çox maliyə yardımı göndərir. Ortaya çıxan məlumat təsdiqlənərsə, Misir bu yardımdan məhrum ola bilər.

 

Şəbnəm

Gununsesi.info