
Ukraynada işğal əməliyyatını davam etdirən Rusiyanın BMT Təhlükəsizlik Şurasının sədri olması mübahisələr yaradır.
Gununsesi.info xəbər verir ki, Rusiyanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının çoxtərəflilik və BMT Nizamnaməsinin beynəlxalq hüquq normalarına uyğun müdafiəsi mövzusunda sessiyası keçirilib. Euronews-un məlumatına görə, BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən iclasda “Rusiyanın Ukraynaya təcavüzü həm BMT Nizamnaməsinə, həm də beynəlxalq hüquqa ziddir” deyib. Lavrov çıxışında “Soyuq Müharibədən daha təhlükəli həddə çatıb” deyib. Lavrov dünyanın “birqütblü dünya nizamını rədd etdiyini” bildirsə də, Qərbin öz maraqları üçün çoxtərəfli sistemi yenidən formalaşdırdığını iddia edib. Ukraynanın müttəfiqləri isə ölkəni işğal edən Rusiyanın Təhlükəsizlik Şurasında “BMT prinsiplərinin qorunması” ilə bağlı iclas keçirməsinə reaksiya verib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Thomas-Greenfield, BMT Nizamnaməsinə hörmət etməyən bir ölkənin iclasa sədrlik etdiyini ifadə edərək, “İki üzlü görüş təşkilatçımız olan Rusiya qonşusuna təcavüz etdi” dedi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək Taxıl Dəhlizi Sazişinin uzadılmasını və genişləndirilməsini xahiş edib. Quterreş məktubu Nyu Yorkda görüşdüyü Rusiyanın xarici işlər naziri Sergey Lavrova verib. Analoji məktubların Ukrayna prezidenti Vladimir Zelenskiyə və prezident Rəcəb Tayyib Ərdoğana da göndərildiyi açıqlanıb. Lavrov Quterreşlə görüşdən sonra Rusiyanın Tass xəbər agentliyinə verdiyi açıqlamada Taxıl Dəhlizi Sazişinin uzadılması ilə bağlı danışıqlarda çox da irəliləyiş olmadığını bildirib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild iclasa BMT Nizamnaməsinə hörmət etməyən bir ölkənin sədrlik etdiyini bildirib.
“İki üzlü görüş təşkilatçımız olan Rusiya qonşusuna təcavüz edib və BMT nizamnaməsinə uyğun olaraq dəyərlərimizi ürəyimizə sancıb. Bu qeyri-qanuni, əsassız və lüzumsuz müharibə bizim ümumi dəyərlərimizlə ziddiyyət təşkil edir. Biz işğalçı müharibəni və torpaqların alınmasını heç vaxt qəbul etməyəcəyik. Biz burada oturarkən zorakılıq davam edir, Rusiya qüvvələri mülki insanları öldürməyə və yaralamağa davam edir.”
Rusiyanın “Ukraynanı işğal etməsinin” özünümüdafiə ilə heç bir əlaqəsi olmadığını bildirən Qrinfild, “Bunun təkcə Ukrayna və ya Avropaya aidiyyəti yoxdur. Sabah daha bir kiçik ölkə böyük qonşusu tərəfindən işğal oluna bilər. Biz buna səssiz qalmayacağıq. ” dedi.
Linda Tomas-Qrinfild qeyd edib ki, Rusiya Qara Dəniz Taxıl Dəhlizi Sazişinin həyata keçirilməsinə mane olmaqla qlobal ərzaq qiymətlərini silaha çevirib.
Rusiyanın həbsdə olan Wall Street Journal (WSJ) müxbiri Evan Gershkovic və ABŞ vətəndaşı Paul Whelan-ı girov kimi istifadə edərək siyasi oyunlarını davam etdirdiyini bildirən Qrinfild sözügedən şəxslərin dərhal azad edilməsi çağırışını təkrarlayıb.
Qrinfild həmçinin BMT-də islahatların aparılmalı olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının 21-ci əsrə uyğun olaraq qlobal reallıqları daha yaxşı əks etdirməli olduğunu bildirib.