
Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.
Gununsesi.info xəbər verir ki, 35 yaşlı hücumçu buna DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə matçda (3:0) qol vuraraq nail olub. O, 34-cü dəqiqədə penaltidən fərqlənib və mundiallarda vurduğu qolların sayını 11-ə yüksəldib.
Bununla da Messi dünya çempionatlarında vurduğu qolların sayına görə Argentina millisinin sabiq futbolçusu Qabriel Batistutunu ötüb. O, “tanqoçular”ın tarixində mundiallarda ən çox qol vuran futbolçu olub.
Gununsesi.info