
Əlcəzairdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlcəzairli həmkarı Əbdülməcid Tebbun arasında ikitərəfli görüş başlayıb.
Gununsesi.info xəbər verir ki, Ərdoğan Əlcəzair prezidentinin iştirakı ilə Əlcəzairin Huari Bumedien hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimindən sonra Şəhidlər abidəsini ziyarət edib.
Dövlət başçılarının görüşü Əlcəzairdəki prezident sarayında keçirilir.
Səfər çərçivəsində Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci iclası prezident Ərdoğan və Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun sədrliyi ilə keçiriləcək.
16:39***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə rəsmi səfərə gedib.
Gununsesi.info xəbər verir ki, Huari Bumedien hava limanında Ərdoğanı Əlcəzair prezidenti Əbdülməcid Tebbun qarşılayıb.
Milli geyimli uşaqlar Türkiyə prezidentinə gül dəstələri təqdim ediblər.
Sonra hava limanında Türkiyə dövlətinin başçısının rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Türkiyə liderini səfərdə xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat naziri və infrastruktur naziri Abdulkadir Uraloğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin müdiri Fahrettin Altun və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.
Gununsesi.info