
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil idarəetmənin itməsi nəticəsində “VAZ-2106” markalı maşına çırpılıb. Nəticədə sonuncu avtomobil yol kənarında dayanan bir taksiyə dəyib. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb.
Gununsesi.info