Bakıda yaşayış binasında yanğın olub

Bakının Yasamal rayonunda yanğın hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində yerləşən yaşayış binasında verib.

HTML tutorial

Yanğın beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzildə olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb edilib.

Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi və bina sakinlərinin təxliyəsi təmin olunub.