
Bakı şəhərində yaşayan Naxçıvan Muxtar Respublikasının sakini Hakim Əzimov Gununsesi.info vasitəsi ilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Vətəndaşın bu müraciətinə səbəb onun avtomobilini vuraraq ərazidən qacan şəxsi Səbail Polisinin tapmamasıdır: “Hadisə 17 fevral 2023-cü ildə səhər saatlarında Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində baş verib. Mənə məxsus 77 HP 153 dövlət qeyidyyat nişanlı “Çangan” avtomobili ilə hərəkətdə olarkən 99HC 184 dövlət qeydiyyat nişanlı “Mersedec” markalı maşın tərəfindən arxadan vurulub.
Qəza nəticəsində maşınıma 540 manat zərər dəyib. Yolda nəqliyyatın hərəkəti dayanmasın deyə qəzanı törədən şəxs avtomobilləri kənara çəkməyi xahiş etdi. Sığorta şirkətinə zəng etdik. Mən sığorta əməkdaşı ilə danışdığım zaman qəza törədən şəxs avtomobilinə əyləşərək ərazidən qaçdı.
Mən dərhal 102 xidmətinə zəg etdim. Bundan sonra Səbail Rayon Yol Polisi Şöbəsinə gedərək əriziə yazdım. Ancaq 3 -cü aydır ki, həmin şəxsi tapmırlar. Hiss edirəm ki, axtarışa maraq yoxdur. Adamın polisdə qeydiyyatı varsa, niyə onu tapa bilmirlər. Hər dəfə müraciətimdə deyirlər ki, adamı tapa bilmirik, nə zaman tapılarsa, sizə xəbər verərik. Hətta mən o adamın fotosunu belə polisə təqdim etmişəm. Odur ki, mən sizin media orqanı vasitəsi ilə cənab nazirimiz Vilayət Eyvazovdan xahiş edirəm ki, mənim işimə ciddi yanaşılması üçün göstəriş versin”.
Mais
Gununsesi.info