
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunub.
Bu barədə Gununsesi.info-ya danışan Köçərli bildirib ki, bu qərar onun üçün gözlənilməz olub: “Həyatımda aldığım ilk mükafatdır. Orden mayın 4-də təqdim ediləcək. Etimada görə Fransa dövlətinə təşəkkür edirəm”.
Şəbnəm
Gununsesi.info