Laçındakı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər -VİDEO

Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər paylaşılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

HTML tutorial

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Həmin ərazinin mühafizəsi Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

 

 

Şəbnəm

Gununsesi.info