“Gəlin Britaniya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirək” - Səfir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, səfir bununla bağlı “X” hesabında paylaşım edib.

“Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan! Bu əlamətdar gündə biz Azərbaycan xalqının möhkəmliyini və əldə etdiyi nailiyyətləri alqışlayırıq. Gəlin daha parlaq və dinc gələcək üçün Britaniya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirək”, – deyə paylaşımda qeyd olunub.

 

Gununsesi.info