Fuad Qəhrəmanlı pul almasına dair videogörüntülərdən danışdı

  • By admin
  • 12 Fevral 2026 18:27

AXCP sədrinin Fransada yaşayan müavini Fuad Qəhrəmanlı DTX-nin “Ramiz Mehdiyev İşi” ilə bağlı yaydığı video görüntülərdə xüsusi bir otaqda pul alması barədə fakta münasibət bildirib. 

 

Gununsesi.info-nun xəbərinə görə, Fuad Qəhrəmanlı həmin görüntülərlə bağlı bunları deyib:

“2010 cu ildə Həsən Kərimov xəstə olarkən onun icra başçısı işlədiyi dövrdə özünə müəyyən maddi imkanlar əldə etmiş bir şəxsin istəyi ilə o adamla görüşmüşəm. O, da görüsdə xahiş etdi ki, bu pulu da Türkiyədə müalicəsi üçün ona çatdırm. İndi onu da gizlincə cəkib yayıblar. Mən də görüsdən sonra o pulu necə varsa aparıb Həsən bəyə təqdim etmişəm və o adamın onun haqqında yüksək fikirlərini və salanlarını da çatdırmışam. Həsən bəy də o pulla Türkiyə müalicəyə getdi sonradan . Sonra da o adamın istəyi ilə onunla bir neçə dəfə görmüşük və oda mənə üst üstə iki iki min dollar pul verib. Bunununla o adam mənə yaddım etdiyini deyib, indi bəlli olur ki, əslində bunlar çəkilis üçün imiş”.

Gununsesi.info