
Fransanın keçmiş iqtisadiyyat naziri Arnaud Monteburq 2022-ci ilin yazında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə o, ölkənin cənub-qərbində tərəfdarları ilə görüşü zamanı məlumat verib.
58 yaşlı siyasətçi və iş adamı bildirib ki, o, Fransanın sənaye, ekoloji və demokratik yüksəlişini təmin etmək istəyir.
O, əvvələr Fransanın Sosialist partiyasının üzvü olub.
Gununsesi.info