
Yəməndəki “Husi” qiyamçıları Səudiyyə Ərəbistanı istiqamətində partlayıcı maddələr quraşdırılmış 3 PUA buraxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri məlumat yayıb.
Səudiyyə Hava Hücumundan Müdafiə Qüvvələri PUA-ları zərərsizləşdirməyi bacarıb.
Məlumatda bildirilir ki, PUA-ların hədəfləri krallığın ərazisindəki obyektlər olub.
Yəməndə 2014-cü ilin avqustunda hökumət qüvvələri ilə silahlı qiyamçılar arasında qarşıdurma başlayıb. 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən müharibəsinə müdaxilə edib. Koalisiya və “Husi” qiyamçıları arasında müharibə hələ də davam edir.
Gununsesi.info