
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Badamdar qəsəbəsində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info