
Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı keçmiş hökumət məmurları üçün ümumi əfv elan etdiyini bildirib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın verdiyi bəyanatda hökumət qurumlarında işlərin bərpa edilməsinin vacibliyi bildirilib.
“Hər kəs üçün ümumi əfv elan edilir, buna görə də tam əminliklə normal həyatınıza qayıtmalısınız”, – Talibanın bəyanatında deyilir.