Əfqanıstanda daxili uçuşlar bərpa edildi

  • By admin
  • 04 Sentyabr 2021 23:10

“Ariana Afghan” hava yolu şirkəti Əfqanıstanda Kabil və üç böyük vilayət arasında bəzi uçuşları bərpa edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə hava yolu şirkəti özünün “Facebook” səhifəsində məlumat yayıb.

 

Şirkət Kabil ilə qərbdəki Herat şəhəri, Əfqanıstanın şimalındakı Məzari-i Şərif və cənubda Qəndəhar arasında uçuşların başladığını bildirib.

 

Qeyd edək ki, xarici qüvvələr öz vətəndaşlarını Əfqanıstandan çıxardıqdan sonra Kabil hava limanı bağlanmışdı.

Gununsesi.info