
Türkiyənin Səhiyyə Nazirliyi əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.
Gununsesi.info xəbər verir ki, qərara əsasən ölkə üzrə vaksinasiya yaşı 18-dən 15-ə endirilib.
Bundan əlavə, xroniki xəstəliyi aşkarlanan yeniyetmələrdə 12 yaşdan vaksinlənmə həyata keçirilməlidir. Həmçinin PCR testinin nəticəsi pozitiv çıxan xəstələrdə vaksin vurulması 3 aydan 1 aya endirilib.