Tramp Vaşinqtondakı hotelini satır

  • By admin
  • 04 Sentyabr 2021 21:42

ABŞ-ın sabiq prezidenti Donald Tramp Vaşinqton şəhərində yerləşən hotelinin satışı ilə bağlı danışıqlar aparır.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən yazıb.

 

Məlumata görə, binadan istifadə hüquqlarının satışı ilə bağlı danışıqlar ilkin mərhələdədir. Nəşr sövdələşmənin təfərrüatlarının hələ də məlum olmadığını və müqavilənin bağlanması üçün uzun zaman lazım olduğunu bildirir.

 

“Trump Hotel” Vaşinqtonun əsas küçəsində, Ağ Evdən 500 metr və Kapitoldan bir kilometr aralıda yerləşir.

Gununsesi.info