Bakıda iki avtomobil toqquşdu, 35 yaşlı qadın yaralandı

  • By admin
  • 04 Sentyabr 2021 23:07

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Məmmədova Vüsalə Tofiq qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info