
“Yaxın Şərqdə terrorla mübarizə bitməyib, Paris bu ölkədə və bütövlükdə bölgədə hərbi varlığını qoruyacaq”.
Gununsesi.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransından sonra deyib.
O qeyd edib ki, İŞİD terror təşkilatı məğlub edilsə də, terror təhlükəsi bitməyib.
“İraq ordusunun əsgərlərinə təlim verməyə davam edəcəyik”, – deyə Makron bildirib.
Makron Fransa ordusunun 800 hərbi qulluqçusunun hazırda bölgədə yerləşdiyini xatırladıb.
Gununsesi.info