Donbasda ukraynalı hərbçi həlak oldu

Ukraynanın şərqindəki Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

Gununsesi.info xarici mətbuata istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamada, separatçıların atəşkəsi bir dəfə pozduqları qeyd olunub.

Hadisə ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələrinə məlumat verilib.

Gununsesi.info