
Türkiyənin müdafiə sənayesi sektorunun öncül istehsalçılarından olan “Baykar Savunma” şirkəti tərəfindən istehsal edilən “Akıncı” zərbə PUA-ları sabah xüsusi mərasimlə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.
Agentlik qeyd edir ki, PUA-ları ölkə daxilində və xaricdə səmərəli istifadə edən təhlükəsizlik qüvvələri “Akıncı” ilə yeni əməliyyat qabiliyyətləri əldə edəcəklər.
İlk uçuşunu 2019-cu ilin dekabr ayında reallaşdıran “Akıncı” PUA-larından 3 prototip istehsal edilib. Prototipin ardınca PUA-ların kütləvi istehsal prosesi başlayıb.
11.5 min metr yüksəklikdə 25 sat 46 dəqiqə qalan PUA-lar Türkiyənin aviasiya tarixində yüksəklik rekordu qırıb. “Akıncı” sınaq və təlim uçuşları müddətində ümumilikdə 1000 saatdan çox havada qalıb.
6 ton qalxma çəkisinə malik “Akəncə” MAM-C, MAM-L, MAM-T kimi raketlər, peyk rabitə sistemi, müasir radarlarla təchiz edilib.
Gununsesi.info