Ərdoğan Arif Alvi ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla pakistanlı həmkarı Arif Alvi arasında görüş baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, görüş Türkiyə dövlət başçısının Vəhdəddin iqamətgahında təşkil olunub.

Həmçinin, görüşün mətbuata qapalı şəkildə keçirildiyi bildirilib.

Gununsesi.info