Masallıda əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

  • By admin
  • 28 Avqust 2021 21:48

Masallı sakini əri tərəfindən bıçaqlanıb.

Gununsesi.info – nun məlumatına görə, rayonun Xıl kənd sakini – 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı – 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info