
ABŞ Əfqanıstandakı hərbi kontingentini və texnikasını bu ölkədən çıxarmağa başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.
Kirbi nə qədər hərbçinin Kabildən çıxarılması barədə dəqiq məlumat verməyib.
Daha əvvəl “Reuters” agentliyi paytaxt hava limanında 4000-dən az ABŞ əsgərinin qaldığını, təxliyə əməliyyatının qızğın vaxtında 6000-ə yaxın olduğunu bildirib.
Gununsesi.info