Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”

  • By ilhame
  • 23 Oktyabr 2023 20:59

Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Lavrov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.

Gununsesi.info