“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil” -XİN

“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

Metbuat.az bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır:

“Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.

 

Gununsesi.info