Akif Aşırlı:”İnanıram ki, məhkəmə ədalətli araşdırma apararaq Nazim Bəydəmirlini azad edəcək”

  • By admin
  • 29 Aprel 2024 16:51

Xəbər verdiyimiz kimi, sabiq deputat Nazim Bəydəmirlinin məhkəmə prosesi başlayıb.

Gununsesi.info-nun xəbərinə görə, “Şərq” qəzetinin baş redaktoru tanınmış jurnalist Akif Aşırlı Nazim Bəydəmirli haqqında yazıb.

Baş redaktorun qeydlərini təqdim edirik:

Azərbaycanın hər zaman fərqli , müstəqil düşüncə sahiblərinə, fikir insanlarına ehtiyacı var. Yetər ki , bu insanlar dövlətin müstəqilliyinə xələl gətirəçək qırmızı cizgiləri keçməsin .Sabiq millət vəkili Nazim Bəydəmirli də həmişə dövləti , dövlətçiliyi müdafiə edən fərqli fikir sahibi kimi medianın diqqətində olub , maraqlı mülahizələri gündəmə gətirib, qərəzli fikirlər səsləndirməyib.Onu müdafiə edən və edəcək hər hansı siyasi qurum, təşkilat da yoxdur. Cünki bu təşkilatlardan həmişə məsafəli davranıb. İndi məhkəməsi gedir , inanırıq ki , ədalətli araşdırmalar Nazim Bəydəmirlinin azadlıqda olmasına qərar verəcək”.

Qeyd edək ki, Nazim Bəydəmirli ittihamları rədd edir.

 

Günay

Gununsesi.info