Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Gununsesi.info-ya bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

 

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

 

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

 

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

Gununsesi.info