
Ermənistanın Baş Prokurorluğu məşqçi Kamil Zeynallının Rusiyada hava limanında saxlanılması ilə bağlı məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” yazıb. Bildirilib ki, ölkənin sorğusu əsasında Kamilin saxlanılması barədə rəsmi məlumata sahib deyil.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib.
Gununsesi.info