ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin qərbinə zərbələr endirdi

İran tərəfdarı olan husi üsyançıları ABŞ və Böyük Britaniyanın Yəmənin qərbindəki Hudeyda şəhərinə hücum etdiyini bildiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “əl-Mesira” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ və Britaniya hərbi hava qüvvələri Hudeyda şəhərinin Əl-Cubbanə bölgəsinə iki hava hücumu həyata keçirib.

Xəbərdə hücumların məqsədləri və nəticələri barədə məlumat verilmir.

Hücumlarla bağlı ABŞ və İngiltərədən heç bir açıqlama verilməyib.

Gununsesi.info