
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş polkovnik Elcan Abdullayevin kassasiya şikayətinə baxılıb.
Gununsesi.info – nun məlumatına görə, Ali Məhkəmə məhkum haqda əvvəlki qərarı dəyişib.
Qərara əsasən, keçmiş MTN-çinin cəzası 5 ildən 4 ilə endirilib.
E.Abdullayev 1 il 4 aydır həbsdədir, sonuncu qərarla onun 2 il 8 ay çəkilməmiş cəzası qalıb.
Qeyd edək ki, məhkum Abdullayev MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovla birgə cinayət məsuliyyətinə cəlb edilib.
O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.
İbtidai istintaq müddətində azadlıqda olan Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyindəki məlum dəstəyi ilə bağlı ölkə başçısı İlham Əliyev də birmənalı mövqe ifadə edib.
MTN hadisələri açılandan sonra ölkə başçısı “Açıq aşkar reketçilik ilə məşğul olurdular” deyə bəyan etmişdi.
Prezidentin bu çıxışından sonra Baş Prokurorluq MTN işi ilə bağlı prinsipial mövqe tutdu və bütün cinayətlərdə adıçəkilən şəxslər məsuliyyətə cəlb olundu.
Gununsesi.info