
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin əməliyyatı uğurlu keçib.
Gununsesi.info bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.
“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”, – deyə o, qeyd edib.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir.
***14:37
“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.
Gununsesi.info xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.
“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, – deyə şöbə müdiri əlavə edib.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.
Gununsesi.info