Mina təhlükəsi həmişə aktualdır

  • By ilhame
  • 04 Fevral 2024 22:47

“Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğu kimi aktualdır”.

 

Gununsesi.info xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşılıb.

 

Bildirilib ki, tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur:

 

“Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

 

2020-ci ilin noyabr ayından bu günədək isə 343 nəfər mina partlayışının qurbanı olub”.

Gununsesi.info