Navalninin xanımının “X” hesabı əvvəlcə bağlandı, sonra nədən açıldı? – FOTO

Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin həyat yoldaşı Yuliyaya məxsus “X” hesabı platforma qaydalarını pozduğu üçün fəaliyyəti dayandırılıb.

Gununsesi.info xəbər verir ki, “X” sosial media platforması reaksiyalardan sonra fərqli bir addım atıb.

Yuliya Navalnaya məxsus X hesabında ərinin ölümü ilə bağlı müxtəlif paylaşımlar edilib və Navalninin ölümündə Rusiya prezidenti Vladimir Putin ittiham olunub. Navalnaya bugünkü paylaşımında “Alekseyin cəsədini geri verin və ləyaqətlə dəfn olunsun” yazıb.

Ərinin ölümündən sonra Yuliya Navalnaya fevralın 19-da “X” sosial media platformasında hesab açıb və ərinin ölümü ilə bağlı paylaşımlar edib. Lakin bu gün platformanın qaydalarını pozduğu üçün hesabın fəaliyyəti dayandırılıb. Hadisə dünya mətbuatında işıq üzü görəndə “X” hesabı yenidən açıb.

Gununsesi.info