
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Gununsesi.info bildirir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, bir müddət əvvəl ABŞ və Azərbaycan arasında yaranmış siyasi gərginlik səbəbindən hər iki ölkə qarşılıqlı səfərləri dayandırmışdı.