
Dünən Özbəkistanda Konstitusiya referendumu keçirildi. Gununsesi.info-nun xəbərinə görə, əsas qanuna 27 yeni maddə əlavə olunub.
Ancaq bunların mütləq əksəriyyəti formal xarakter daşıyır. Belə ki, referendumda konstitusiyaya başlıca dəyişiklik budur ki, Şövkət Mirziyoyev 2040-cı ilə qədər vəzifəsində qala biləcək.
Hazırda Şövkət kişi prezidentliyinin ikinci müddətini yaşayır və bu kadensiya 2026-сı ildə başa çatacaq. Lakin yeni dəyişikliklə onun əvvəlki prezidentlik müddəti sıfırlanacaq. Mirziyoyev daha 2 dəfə (7+7) prezident ola biləcək.
Qeyd edək ki, mərhum İslam Kərimov da iki dəfə Konstitusiyanı dəyişmişdi.
Bundan əvvəlki referendumda (2011) prezidentlik müddəti 7 ildən 5 ilə endirilmişdi, indi isə yenidən 5 ildən 7 ilə qaldırılır.
Mais
Gununsesi.info