
Azərbaycan qarşıdakı 3 il ərzində Formula 1 yarışına ev sahibliyi etmək üçün maksimum məbləğ – 57 milyon ABŞ dollar ödəyərək 23 ölkə arasında 1-ci olub.
Gununsesi.info bildirir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu yazıb: “2023-cü ildə Formula 1 oyunlarına ev sahibliyi etmək üçün 1 ölkə orta hesabla 37 milyon dollar haqq ödədiyi halda Azərbaycan 23 ölkə arasında maksimum məbləğ 57 milyon dollar ödəyib.
Azərbaycandan sonra bu yarışa ev sahibliyi etmək üçün ən çox – 55 milyon ABŞ dolları ödəyən Səudiyyə Ərəbistanı və Qətərdir”.
Günel
Gununsesi.info