
Avropa İttifaqının, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Bakıda 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan qəbul təşkil olunacaq.
Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus əməkdaşlarının və insan hüquqları müdafiəçilərinin qatıldığı tədbirdə insan hüquqlarının dövlətlər üçün əhəmiyyətindən danışılacaq.
Qeyd edək ki, 1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir.
1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
Günay
Gununsesi.info