
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan hazırkı iqtidara çağırış edib.
Gununsesi.info “Hraparak”a istinadən xəbər verir ki, Baqratyan Paşinyan hakimiyyətini qondarma “DQR”in müstəqqilliyini tanımağa çağırıb.
“Artıq 5-ci ildir ki, siz Ermənistanın real maraqlarına qarşı çıxırsınız. Heç olmasa bir dəfə adam olun və “Artsax”ın müstəqilliyini tanıyın. Artıq vaxtımız yoxdur”, -deyə keçmiş baş nazir vurğulayıb.
Baqratyan Paşinyan hakimiyyətini qətiyyətsizlikdə suçlayıb.
Hrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri işləyib.
Gununsesi.info