Şiddətli döyüşlərin getdiyi şəhərdən FOTOLAR

Rusiya və Ukrayna qoşunları arasında şiddətli döyüşlərin getdiyi Soledar şəhərinin peyk görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, görüntüləri “Maxar Technologies” şirkəti sosial şəbəkə hesabında paylaşıb.

HTML tutorial

Fotolarda dağıdılmış evlər, məktəblər və yaşayış binaları əks olunub.

Daha əvvəl Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Ukraynanın Donetsk bölgəsindəki Soledar şəhərinə nəzarətin tam şəkildə ələ keçirildiyini təsdiqləyib.

Gununsesi.info