
Türkiyənin elm adamları həyəcanlandırıcı elmi kəşfə imza atıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Göygöl Mağarasında kəşf edilən bu canlı yanğıc növünə Türkiyə Mağaralar Federasiyasıa(TUMAF) tərəfindən “gammarus tumaf” adı verilib. Bununla da yanğıc (gammarus) növü dünya lüğətinə artırılıb.
Ege Universiteti Su Məhsulları Fakültəsinin Professoru Dr. Murat Özbek mövzu ilə bağlı bunları söyləyib: “Həyəcanlıyam. Ölkəmizdə 51 növü var. 52-cisini kəşf etmiş olduq”.
Ölkələrarası bir dərgidə bu yanğıc növünə “gammarus tumaf” adı verildi.
Tərcümə: Arzu Sayadoğlu