İranda güclü zəlzələ baş verib 

İranda güclü zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Irna” agentliyi məlumat yayıb.

HTML tutorial

Məlumata görə, episentri Cənubi Xorasan əyalətinin Bosruye şəhəri yaxınlığında olan zəlzələ yerli vaxtla saat 16.54-də qeydə alınıb.

Zəlzələ 8 kilometr dərinlikdə baş verib. Zəlzələnin gücü 5.1 bal olub.

İtkilərin və dağıntıların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Gununsesi.info