Tramp 2024-cü il seçkisinə start verir

  • By admin
  • 13 Yanvar 2023 15:40

Donald Trump 2024-cü il seçkiləri üçün namizədliyini təmin etmək üçün səylərini  artıracaq.

Bu barədə Gununsesi.info “The Guardian”a istinadən xəbər verir.

HTML tutorial

Qəzet Trampa yaxın m

ənbələrə istinadən yazır ki, keçmiş prezidentin hələlik “az enerjisi” və fəaliyyətsizliyinə görə tənqid edildikdən sonra onun hekayəsini sıfırlamaq məqsədi daşıyır.

Donald Trampın Mar-a-Laqo kurortundan çıxması və 2024-cü ildə Ağ Evə namizədliyinin ləng başlaması ətrafında ciddi tənqidlərlə üzləşdikdən sonra Respublikaçıların namizədliyini təmin etmək üçün səylərini artıraraq, bu ayın sonunda prezidentlik kampaniyası tədbirləri keçirməyi planlaşdırır.

Keçmiş ABŞ prezidentinin Respublikaçıların namizədliyi üçün erkən səsvermə verən bir sıra ştatlara getməsi gözlənilir . Mənbələrin dediyinə görə, o, əyalət səviyyəli komandalarını elan edəcək.

 

Tərcümə:

Afət Abbasova