
Rusiyalı qadın illərlə xarici görünüşünü tənqid etdiyi üçün ərini bıçaqlayaraq öldürüb.
Gununsesi.info Rusiya mediasına istinadən bildirir ki, Kalininqradda yaşayan qadın bu cinayətə Milad ərəfəsində əl atıb.
Qadın cinayət törətdikdən sonra intihara cəhd etsə də sonradan kömək üçün qonşularına müraciət edib və qətli törətdiyini etiraf edib.
Çağırılan həkimlər rusiyalını reanimasiya şöbəsinə aparıb, onun 11 və 5 yaşlı iki uşağını isə qəyyumluq orqanı aparıb.
İstintaqa ifadəsində qadın illərlə artıq çəkisini və çatışmazlıqlarını dilə gətirən ərindən şikayətlənib.
Tərcümə:
Adil Elxanoğlu