“Problemi xalçanın altına süpürməyə qoymayacağıq” -XİN rəsmisi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova “Şimal axını” qaz kəmərindən danışıb.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, sözçü bu barədə keçirdiyi mətbuat konfransında çıxış edib.

HTML tutorial

XİN rəsmisi bildirib ki, Qərb kəmərlə bağlı problemi ört-basdır etməyə çalışır.

“Rusiya Qərbə “Şimal axını” ətrafında baş verənləri xalçanın altına süpürməyə icazə verməyəcək”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, sözügedən kəmər Rusiyadan Avropaya qaz nəqli üçün inşa olunub, lakin fəaliyyət göstərmir.

Gununsesi.info