Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub

Sakit okeanda, Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqında 5,4 maqnitudada zəlzələ baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

 

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks-Bey şəhərindən 903 km şimalda, zəlzələ ocağı 44 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info