Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

  • By ilhame
  • 23 Aprel 2024 20:28

Baykal-Amur Magistral xəttinin (BAM) ötürmə qabiliyyəti son 12 ildə 3 dəfə artıb və artmaqda davam edir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibətilə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.

 

V.Putin qeyd edib ki, növbəti 10 ildə BAM və Trans-Sibir dəmir yolunu birləşdirən Şərq poliqonu ilə daşımaların həcmi ildə 270 milyon ton səviyyəsinə çatmalıdır:

 

“Bu il BAM və Trans-Sibir dəmir yolunun inkişafının növbəti – üçüncü mərhələsi başlayır”.

Gununsesi.info