
“Just Stop Oil” hərəkatının yaşlı iki ekofəalı Britaniya Milli Kitabxanasında Böyük Azadlıqlar Xartiyasının yerləşdiyi qoruyucu şüşə vitrini sındırmağa cəhd etdikdən sonra cinayət məsuliyyətinə cəlb edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə şənbə günü “The Guardian” qəzeti London polisinə istinadən məlumat yayıb.
Daha əvvəl 82 və 85 yaşlı iki qadın bu tarixi sənədin vitrinini sındırmağa cəhd etdikdən sonra saxlanılıb. Aksiya qalıq yanacaqlarının çıxarılmasına və istifadəsinə etiraz olaraq keçirilib. Kitabxana möhkəm şüşəyə “minimal” ziyanın dəydiyini və sənədin özünə zərər vermədiyini açıqlayıb.
Qəzet yazıb ki, hər iki qanunpozanlar zaminə buraxılıb və iyunun 20-də məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, “Just Stop Oil” ekoloji hərəkatının fəalları artıq bir neçə ildir ki, neft və qaz hasilatının dayandırılmasını müdafiə edərək etiraz aksiyaları keçirirlər.
Gununsesi.info